Korporativ və biznes saytları
Şirkət, klinika, hüquq bürosu, tikinti — etibar yaradan struktur: xidmətlər, komanda, qalereya, əlaqə forması və admin panel.
- Çoxsəhifəli struktur
- Admin panel
- SEO hazırlığı
Vüsal Hüseynli — Naxçıvan · Bütün Azərbaycan üzrə onlayn
Frontend-dən backend-ə qədər hamısını mən yazıram: dizayn, kod və admin panel bir nəfərdən. Sürətli, mobil uyğun və axıra qədər sənin idarə edə biləcəyin saytlar.
Canlı işlər: alitelekom.az · deyerli.cloud · timepavilion.az
Mən sadəcə “sayt düzəldən” deyiləm. İşim odur ki, biznesin internetdə etibarlı görünsün və müştəri müraciəti gəlsin.
Layihəyə dizayndan başlayıram, sonra onu öz əlimlə koda çevirirəm — frontend tərəfdə hər animasiya və hər piksel, backend tərəfdə baza, admin panel və forma müraciətləri. Təhvildən sonra isə saytı özün idarə edirsən: proqramçıya hər dəfə zəng etmək lazım gəlmir.
Dizayn, kod, hosting və dəstək — hamısı bir nəfərdən. Komanda arasında itən məsuliyyət yoxdur.
Müştərilərin 80%-i telefondan girir. Dizaynı əvvəlcə telefonda, sonra ekranda qururam.
PDO ilə baza sorğuları, validasiya, SSL və gündəlik backup — standart olaraq.
Semantik struktur, meta, sitemap və sürət — Google-da tapılmaq üçün bazadan hazır.
HTML, CSS və JavaScript ilə başladım; ilk statik saytlar.
PHP və MySQL — admin panel, forma və baza ilə dinamik saytlar.
React, Vite və GSAP; komponent arxitekturası və hamar animasiyalar.
Domen, hosting, kod və dəstək — layihəni başdan sona özüm aparıram.
Hər layihəyə eyni alətlə yanaşmıram — işə uyğun texnologiya seçirəm. Aşağıda gündəlik istifadə etdiklərim var.
Hər layihədə eyni sual: bu sayt müştəriyə nə qazandırır?
Hamısı admin panelli təhvil verilir — məzmunu özün dəyişirsən.
Şirkət, klinika, hüquq bürosu, tikinti — etibar yaradan struktur: xidmətlər, komanda, qalereya, əlaqə forması və admin panel.
Məhsul kataloqu, səbət, sifariş idarəsi və ödəniş inteqrasiyası.
Tək məqsəd: müraciət. Sürətli, qısa və konversiyaya kökləniş.
Mövcud sayta idarəetmə paneli yazıram — məzmun sənin əlində.
Telegram bildirişi, ödəniş sistemi, CRM və üçüncü tərəf servisləri.
Yavaş və ya köhnə saytı təmizləyirəm: Core Web Vitals, mobil uyğunluq, texniki SEO.
WhatsApp-da 15 dəqiqə: biznesin nədir, kimə satırsan, nə lazımdır.
Səhifə planı və maket. Təsdiqləməyincə koda keçmirəm.
Frontend + backend yazılır, test linki ilə gedişatı izləyirsən.
Domen, hosting, SSL quraşdırılır; idarəetməni sənə öyrədirəm.
Gizli xərc yoxdur. Domen və 1 illik hosting qiymətə daxildir.
Qiymətlər başlanğıc göstəricidir — dəqiq rəqəm səhifə sayından və funksionaldan asılıdır. Hər paketə domen, 1 illik hosting, SSL və 2 ay pulsuz texniki dəstək daxildir.
Saytın arxasında nə baş verir? Budur layihələrimdə real işlənən kod parçaları.
Formu doldur — müraciət mənə dərhal çatır. Adətən bir neçə saat ərzində cavab verirəm.
Naxçıvan, Azərbaycan — bütün Azərbaycan üzrə onlayn işləyirəm